Yuxarı

META İranın əleyhimizə fəaliyyət göstərən 60 səhifəsini sildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

META Feysbuk, İnstaqram) şirkəti 2025-ci ilin ilk rübünə dair "Adversial Threat" hesabatını dərc edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hesabatda İranda yaradılan və koordinasiyalı idarə edilən profil və səhifələrin müəyyən edildiyi, onların şirkət tərəfindən silindiyi bildirilib. Onlardan 17-si Feysbuk hesab-profili, 22-si Feysbuk səhifəsi və 21-i isə İnstaqram hesab-profilidir (cəmi 60).

Hesabatda qeyd olunur ki, həmin səhifələr Azərbaycan dilində fəaliyyət göstərib, hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub.

META onları silmək üçün digər sosial medialardakı fəaliyyətlərini də araşdırıb.

Məlum olub ki, həmin səhifələr öz fəaliyyətlərini gücləndirmək və populyar görünmək məqsədilə saxta izləyici sayından istifadə edib və paylaşımları aktiv göstərmək üçün çoxsaylı rəylər yazıblar.

Digər məlumata görə, İran prezidentinin Azərbaycana səfəri zamanı xüsusi fəallıq göstərən və rəyləri bir-birinə oxşayan 20-dən çox profil də müəyyən edilib ki, onlarla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vasitəsilə META-ya şikayət göndərilmişdi.

Sənəddə silinən hesabların adları çəkilməsə də, onların məhz ETX-nin şikayəti əsasında bağlandığı aşkarlanıb.

Qeyd olunan fəaliyyətlərlə bağlı mütəmadi əsasda aidiyyəti üzrə monitorinqlər aparılır və son 1 ay ərzində İranla yanaşı, Rusiyadan da idarə edilən və Azərbaycanı hədəfə alan 4 böyük xəbər səhifənin silinməsinə nail olunub.

Tarix
2025.06.03 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”

Bayraqdar Azərbaycanda qurduğu şirkətdən danışdı - Video

Prezidentlər Bakı-Təbriz reysinə də diqqət ayırdı

İlham Əliyev Pezeşkianla danışdı

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova TBMM sədrini təbrik etd

Ukraynanın filmi: Behbudov, Ağdam və işğal... - Video

Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla