Yuxarı

Nigeriyada qum mədəni çökdü: 11 uşaq öldü, 7-si yaralandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq həyatını itirib.

Axar.az xəbər verir ki, Nigeriya polisi hadisənin ölkənin şimalında yerləşən Kaduna vilayətində baş verdiyini bildirib.

Qeyd olunur ki, 4-9 yaş arasında olan bu uşaqlar qeyri-rəsmi dini mədrəsədə dərsdən sonra vaxtaşırı Kubau bölgəsində yerləşən Yardoka kəndi yaxınlığında kərpic hazırlamaq üçün qum çıxarırdılar.

Kaduna vilayəti polisinin sözçüsü Mənsur Həsən bildirib ki, 11 uşaq həyatını itirib, daha 7 uşaq isə yaralanıb və hazırda xəstəxanada müalicə alırlar.

O əlavə edib ki, polis kənddən olan könüllülərlə birlikdə qəzaya uğrayan mədəndən uşaqların cəsədlərini çıxarıb.

Bildirilib ki, uşaqların təhsildən yayınaraq mədəndə işlədilməsi və istismarı barədə araşdırma başlanıb.

Tarix
2025.06.05 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla