Yuxarı

Bakıda restoranın qarşısında kütləvi dava: həbs olunan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda restoranın qarşısında kütləvi dava: həbs olunan var

Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə General Şıxlınski küçəsində "Şahbuz" restoranının qarşısında baş verib.

Həmin ərazidə bir neçə nəfərin mübahisə etməsi, dalaşması barədə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat daxil olub. Hadisə yerinə gələn əməliyyat qrupu onları polis bölməsinə dəvət edib. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə bir-biri ilə mübahisə ediblər. Onların bəzilərinin bədənində xəsarət aşkar edilib.

Həmin şəxslərin 1988-ci il təvəllüdlü Cəmil, 2002-ci il təvəllüdlü Cəlal, 1997-ci il təvəllüdlü Vüqar, 2001-ci il təvəllüdlü Abbas, 2002-ci il təvəllüdlü Nadir, 1988-ci il təvəllüdlü Bahadur, 1985-ci il təvəllüdlü Namiq olduqları aşkarlanıb.

Onlardan birinə - 2002-ci il təvəllüdlü Nadirə İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2025.06.06 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla