Yuxarı

Kamal Abdulla qırğız səfirlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla qırğız səfirlə görüşdü - Foto

Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Axar.az xəbər verir ki, universitetin rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, son illər Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri ən yüksək səviyyəyə çatıb.

Görüşdə birgə elmi konfransların həyata keçirilməsi, tələbə-müəllim mübadilələrinin vacibliyi önə çəkilib. ADU-nun bir sıra beynəlxalq elmi proqramlarla əlaqələrinin olması haqqında danışılıb. Belə elmi proqramlardan biri olan Orhun mübadilə proqramı ilə universitetin sıx əməkdaşlıq etməsi diqqətə çatdırılıb.

ADU-nun son illər artan beynəlxalq əlaqələrindən danışan rektor bu yaxınlarda iki ölkədə - Macarıstan və Özbəkistanda Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyətə başlaması haqqında məlumat verib.

Görüş zamanı Qırğızıstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyəti perspektivləri müzakirə olunub.

ADU tələbələrinin müxtəlif xarici ölkə səfirliklərində təcrübə keçməsi haqqında qonağa məlumat verilib.

Səfir Maksat Mamıtkanov ADU-da olmaqdan məmnun olduğunu bildirərək, Azərbaycan – Qırğızıstan ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, ADU ilə Qırğızıstanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.

Rektor daha sonra diplomata ADU-da fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib və onu tələbələrlə görüşə dəvət edib.

Tarix
2025.06.06 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla