Yuxarı

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəlcə Bəhreyn Krallığına gedərək, orada bizneslə məşğul olub.

Orada biznesdə uğur qazana bilməyən iş adamı Azərbaycana gəlmək istəyib. Amma onun pasportunun müddəti bitib. İş adamı buna görə Pakistanın Bəhreyndəki səfirliyinə müraciət etsə də, səfirlik ona yeni pasport verməkdən imtina edib. O, Bəhreyndə bir nəfərlə tanış olub və 700 dollar ödəməklə saxta pasport alıb.

İş adamı Bəhreyn-Bakı reysi ilə Azərbaycana gələrkən hava limanında saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Pakistan vətəndaşının pasportu saxtadır. İş adamı tutularaq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb və o həbs edilib.

Məhkəmənin hökmü ilə pakistanlı iş adamı 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2025.06.06 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla