Yuxarı

Zelenskidən Putinin qisas hədələrinə cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən Putinin qisas hədələrinə cavab

2025-ci ilin əvvəlindən etibarən Rusiya Ukrayna ərazisinə hücumlar zamanı təxminən 27 700 aviabomba, 11 200-ə yaxın “Şahid” və təxminən 9 000 digər zərbə PUA-sı tətbiq edib. Bundan əlavə, düşmən 700-dən çox raket, xüsusilə ballistik raketlər buraxıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

O, rusların Ukraynaya qarşı bu cür intensiv hücum tempini müharibənin ilk günlərindən etibarən şüurlu şəkildə seçdiyini vurğulayıb. Prezidentin sözlərinə görə, Kreml başqa ölkələrin insanlarını öldürmək imkanı əldə etmək üçün öz dövlətini daxildən yenidən qurub.

“Rusiya ilə müxtəlif səviyyələrdə çoxlu danışıqlar aparılıb. Lakin bu danışıqlar nə etibarlı sülhə, nə də müharibənin dayandırılmasına səbəb olub. Təəssüf ki, Putin cəzasızlıq hissi ilə yaşayır və dəhşətli zərbələrə baxmayaraq, guya hansısa “cavablar” hazırlayır. Bu isə o deməkdir ki, hər yeni zərbə, diplomatiyanın hər yeni təxirə salınması ilə Rusiya bütün dünyaya orta barmağını göstərir. O cümlədən Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə...” - Zelenski vurğulayıb.

Qeyd edək ki, Ukraynanın 1 iyun əməliyyatı nəticəsində Rusiyanın 4 aerodromunda ümumilikdə 41 hərbi təyyarə məhv edilib. Putin Trampla telefon danışığında bu hücuma cavab veriləcəyini bildirib.

Tarix
2025.06.05 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla