Yuxarı

"Ramştayn" görüşü: Ukraynaya görünməmiş hərbi dəstək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ramştayn" görüşü: Ukraynaya görünməmiş hərbi dəstək...

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) iyunun 4-də Brüsseldə keçirilən 28-ci görüşü Ukraynaya müttəfiqlərindən görünməmiş hərbi dəstək gətirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna müdafiə naziri Rüstəm Umerov qeyd edib ki, 2025-ci ildə təhlükəsizlik yardımı tammiqyaslı müharibənin bütün əvvəlki illərinin rəqəmlərini üstələyəcək.

Böyük Britaniya pilotsuz təyyarələrin tədarükü üçün rekord məbləğdə yardım elan edib - 350 milyon funt-sterlinq. Nazirin sözlərinə görə, bu, Ukraynaya 2025-ci ildə 100 min pilotsuz uçuş aparatı ötürməyə imkan verəcək:

“Ümumilikdə, 2025-ci ildə Britaniyanın hərbi dəstəyi 4,5 milyard funt-sterlinq təşkil edir ki, bunun da 247 milyon funt-sterlinqi Ukrayna Silahlı Qüvvələrinin təliminə sərf olunacaq.

Almaniya 5 milyard avro dəyərində yeni hərbi yardım paketini elan edib. Bundestaq artıq bu qərarı təsdiqləyib. Paketə xüsusən də Ukraynada istehsal olunacaq uzaqmənzilli silahların maliyyələşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin, silah və sursatların ötürülməsi daxildir.

Niderland 400 milyon avro dəyərində yardım paketi təqdim edib. Buraya mina əleyhinə gəmi, qayıqlar və dəniz dronları daxildir.

Belçika uzunmüddətli bir təşəbbüs elan edib. Ukraynaya 2029-cu ilə qədər 1 milyard avro məbləğində illik yardım edəcək.

Norveç Ukrayna müdafiə sənayesini dəstəkləmək üçün pilotsuz təyyarə tədarükünə 700 milyon dollar ayıracaq.

Kanada dronlar, elektron müharibə sistemləri, İT həlləri, həmçinin zirehli maşınlar üçün 45 milyon dollar, İsveç artilleriya sursatlarının, pilotsuz təyyarələrin və digər silahların alınması üzrə beynəlxalq proqramlar üçün 440 milyon avro ayıracaqlarını açıqlayıb”.

Tarix
2025.06.05 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla