Yuxarı

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə Tokayev bir-birini təbrik etdi

13:05

Azərbaycan və Qazaxıstan prezidentləri bir-birini təbrik edib.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə bir-birlərinə təbrik ünvanlayıblar.

Prezident İlham Əliyev bildirib ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirib:

“Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır”.

Qasım-Jomart Tokayev isə qeyd edib ki, ölkələr arasında əməkdaşlığın əsas sahələrini əhatə edən bu tarixi sənəd Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ olub və bir çox istiqamətlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradıb:

“Əminəm ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmlənməsini təmin edəcəyik, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığın böyük potensialını reallaşdıracağıq”.

Tarix
2025.06.03 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla