Yuxarı

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda dərc edilmiş və mənə məlum olan bütün sorğular Nikolun reytinqinin biabırçı şəkildə aşağı düşdüyünü göstərir.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Hrant Melik-Şahnazaryan sosial şəbəkə hesabında yazıb.

“Bu o deməkdir ki, sular çəkilir. Kütlə yenidən xalqa çevrilir. Nikolayın hökuməti üçün ölümcül təhlükə var”, - o bildirib.

Şahnazaryan vurğulayıb ki, Nikolun kilsəyə qarşı apardığı kampaniyadan az-çox hiddətlənənlər artıq onun seçiciləri deyil. O, xalqın həmin təbəqəsinin inamını dönməz şəkildə itirib:

“Cəmiyyətin digər təbəqələri də Nikola etibar etmir. İtirəcək kiçik bir şeyi belə olanların hamısı. Onlara daha Nikol lazım deyil. Ona görə də Nikol kilsəyə hücum etməklə heç bir reputasiya riski daşımır. Onun hesablamaları çox praqmatikdir: əgər ictimaiyyətin müəyyən hissəsinin dəstəyini qazanmaq mümkün deyilsə, onu sadəcə olaraq neytrallaşdırmaq lazımdır.

Əminəm ki, bu gün şahidi olduğumuz şey “Tuşonka-2” əməliyyatının debütüdür. Mövzu artıq kifayət qədər “bişirilib”, yəqin ki, tezliklə “ifşalar”, hökumətin təbliğatının qurbanları, böyük məyusluq və qara kütlənin sevinci olacaq. Yəni Nikolun 2026-cı il seçkilərində bəhrəsini görəcəyi şərin qələbəsi.

Hadisələrin başqa inkişafı mümkündürmü? Xeyr. Amma müxalifətimiz, elitamız, siyasi və ictimai xadimlərimiz daha bir çağırışa fərqli cavab versəydilər, ola bilərdi. Ən azından, məsələn, Nikolun yazılarını yaymaqda bu qədər canfəşanlıq etməməli idilər. Sosial şəbəkələr Nikolun əxlaqsız fikirlərini əks etdirən skrinşotlarla doludur. Onu yayanların da əksəriyyəti müxalifətçilərin özləridir.

Biz özümüzü “dalanda” qoymuşuq və o “dalandan” çıxa bilmirik”.

Qeyd edək ki, Nikol Paşinyanın yepiskopu dayısının arvadına sataşmaqda ittiham edərək, onu ən açıq sözlərlə təhqir etməsi Ermənistanda böyük hay-küyə səbəb olub.

Hökumət rəsmiləri isə lazım gələrsə, Paşinyanın dediklərini sübut edəcək fakt ortaya qoyulacağını elan ediblər.

Tarix
2025.06.01 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla