Yuxarı

Nemət Pənahlının avtomobili borca görə hərracda satıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergi borcuna görə mənə məxsus avtomobilin üzərinə həbs qoyulmuşdu. Bunun üçün Ali Məhkəməyə kasassiya şikayəti vermişik. Amma hələ məhkəmə bununla bağlı hər hansı bir qərar çıxartmayıb. Buna baxmayaraq, bir müddət öncə biri gəlib ki, bəs mən hərrac yolu ilə sizə məxsus avtomobili almışam.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı vergi borcuna görə avtomobilinin hərrac yolu ilə başqa şəxsə satılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, iş Ali Məhkəmədə ola-ola hərrac keçirib, avtomobili dəyərindən üç qat aşağı qiymətə başqa şəxsə satıblar:

“Hərracın nə vaxt, kimlərin iştırakı ilə keçirilməsindən xəbərim olmayıb. Sadəcə, bir nəfər gəlib ki, avtomobili almışam, aparacağam. Qiymətləndirmənin nə vaxt, harada olması ilə bağlı heç bir informasiya verilməyib. Gələn adama sual verirəm ki, bazarda 26 min manata 2010-ci il buraxılışı olan və 2018-ci il modelə yığılan “Toyota Lənd-Kruzer” varmı? Deyir, nə bilim, mən almışam”. Yenə sual verirəm ki, avtomobili görmədiyin halda onu necə ala bilərsən? Susur, cavab verə bilmir”.

Nemət Pənahlı avtomobili yandıracağını, onlara verməyəcəyini bildirib: “Avtomobilin bütün sənədləri məndədir və heç kəs də zorla onu ala bilməz. Əgər vergi borcuma görə satış təşkil edilirsə, o bazar qiymətinə uyğun dəyərləndirilməlidir. Eyni zamanda, hərrac haqqında mənə məlumat verilməlidir”.

Tarix
2025.05.06 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla