Yuxarı

Evdə təmir zamanı partlayış: İki qardaş öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evdə təmir zamanı partlayış: İki qardaş öldü

2025.05.28. 14:04

Neftçala sakini evində yanaraq ölüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Bəylər Xurşid oğlu Əzizova məxsus evdə qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Yanğın FHN tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatı məlum olub.

Report-un məlumatına görə, hadisə evdə təmir işləri aparılan zaman baş verib.

Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.

Partlayış nəticəsində qardaşlardan biri - Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.

120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs vəfat edib.

Xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Tarix
2025.05.29 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla