Yuxarı

Tramp anlayır ki, "Vladimir, dayan" çağırışı keçmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp anlayır ki, "Vladimir, dayan" çağırışı keçmir

Rusiyanın Ukraynanı dronlar və raketlərlə terrora məruz qoyduğu bir vaxtda ABŞ Prezidenti Donald Tramp artıq anlayır ki, "Vladimir, dayan" çağırışlı mesajlar Rusiyanı atəşi dayandırmağa, xüsusilə də ciddi danışıqlara başlamağa məcbur etmək üçün kifayət etmir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyinin siyasi eksperti Ceyms Qibni bildirib.

C.Qibni qeyd edib ki, ABŞ lideri Moskvaya qarşı sanksiyaların tətbiqi ehtimalından danışsa da, bu istiqamətdə hələlik heç bir addım atmayıb:

“ABŞ-ın əlavə dəstəyi olmadan Ukraynanın bu müharibədən suveren bir dövlət kimi çıxmaq şansı çox aşağıdır. Putin hücumlarını gücləndirmək üçün hər cür səbəbə sahibdir. Avropa Ukraynaya mübarizəni davam etdirmək üçün lazım olan silahları təmin etmək gücündə deyil. Avropalıların daha sərt sanksiyaları nə qədər təqdirəlayiq olsa da, ABŞ iştirak etmədikcə, Putin üçün bunlar mənasızdır. Konqres bu məsələyə müdaxilə etməlidir”.

Tarix
2025.05.29 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla