Yuxarı

Moskvada partlayış: Putinin iqamətgahında işləyən şəxs...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada partlayış: Putinin iqamətgahında işləyən şəxs...

Mayın 4-ü gecə saatlarında Moskvada yaşayış binasında iki mənzilin dağılması ilə nəticələnən qəribə partlayışın sensasion təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, partlayış olan mənzillərin birində Vladimir Putinin Valdaydakı iqamətgahında - burada Alina Kabayeva uşaqları İvan və Vladimirlə yaşayır - xidmət edən elektrik mütəxəssisi Mixail Muxin yaşayıb:

“İşlə bağlı bütün materialları məxfiləşdiriblər, hətta həkimlərə Mixailin xəsarətləri barədə yaxınları ilə müzakirə aparmaq qadağan edilib. Partlayışın səbəbi ciddi şəkildə gizlədilir. Muxin kənardan gələn mütəxəssis kimi 2024-cü ilin sonunda Putinin Valdaydakı iqamətgahında işıqlandırma sisteminin dəyişdirilməsi işlərinə rəhbərlik edib. O, tanışlarına yenidən Valdaydakı iqamətgaha çağırıldığını və çərşənbə günü (mayın 7-də) mütləq ora getməli olduğunu deyib. Mayın 4-nə keçən gecə isə Muxinin yaşadığı mənzildə güclü partlayış baş verib. Üstəlik, şahidlərin sözlərinə görə, hadisədən sonra girişdən qaz yox, barıt qoxusu gəlib. Ağır bədən xəsarətləri alan Muxin naməlum təcili yardım maşını ilə hadisə yerindən gizli şəkildə əvvəlcə Sklifə, sonra isə yanıq mərkəzinə yerləşdirilib. Onu keçmişdə birgə yaşadığı Yana Tixomirova tanıyıb. Qadın iki ay əvvəl General Tülenev küçəsindəki binada yaşadığı mənzildən köçüb. Mixail Muxinin bədənində çoxsaylı yanıqlar var və o, komadadır”.

Tarix
2025.05.06 / 11:59
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla