Yuxarı

Azərbaycanda İH əməkdaşları qəzaya düşdü: yaralılar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda “Mersedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.

Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.

Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.

Tarix
2025.05.08 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi

To Lamın Azərbaycana səfəri başa çatdı - Foto

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Bakı-Moskva aviareysləri təxirə salındı - Rəsmi

Hindlilər Azərbaycan üçün boykot çağırışı etdilər - Foto

Vaxtilə Heydər Əliyevə müxalif idik, sonra dərk etdik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla