Yuxarı

Azərbaycanda bu kanalın adı dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Bu barədə Axar.az-a Audiovizual Şuradan məlumat verilib.

İclasın əvvəlində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun əziz xatirəsi dərin ehtiramla yad edilib. İclasda çıxış edən Şura sədri və üzvləri dahi rəhbər Heydər Əliyevin mənalı həyat yolundan danışıb, onun Azərbaycan xalqı qarşısında, müasir Azərbaycanın güclü və demokratik dövlət kimi bərqərar olmasında, media üzərində senzuranın ləğv olunmasında, Azərbaycan mətbuatının, televiziya və radiosunun inkişaf etməsində göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Ulu Öndərin həyatı, fəaliyyəti, xalq və dövlət qarşısındakı tarixi xidmətlərinin Azərbaycan mediasında, o cümlədən televiziya və radio yayımında geniş işıqlandırılması təqdirəlayiq hal kimi qiymətləndirilib, tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsində belə materialların çoxluğunun əhəmiyyəti vurğulanıb.

Daha sonra gündəlikdə olan iki məsələyə baxılıb. "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.

İclasda daha sonra "Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının "Saf TV"-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Tarix
2025.05.08 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi

To Lamın Azərbaycana səfəri başa çatdı - Foto

Əli Əsədov To Lam ilə görüşdü

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla