Yuxarı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

11:06

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclası başlayıb.

Axar.az xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

Xüsusi iclasın mövzusu “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” kimi müəyyənləşib.

***

Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr edilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı xüsusi iclası davam edir.

İclası açıq edən parlamentin sədri Sahibə Qafarova Ulu öndər Heydər Əliyevin Azərbaycanla bağlı misilsiz xidmətlərindən danışıb.

Sədr hazırda Azərbaycanın uğurla inkişaf yolu keçdiyini qeyd edib.

Sonra “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib. Qeyd olunub ki, Milli Məclis Aparatında hazırlanmış bu sənədli film Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.

Daha sonra deputatlar çıxıb edib.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi sədri Fazil Mustafa isə bildirib ki, Heydər Əliyev uzaqgörən siyasətçi olub.

"Heydər Əliyev işıq gələn yolları uğurla tapırdı. Müstəqillik dövründə xarici təhdidlərə qarşı çıxış yollarını axtaranda Heydər Əliyev neft müqavilələri ilə məsələləri həll etdi. Heydər Əliyevin kursunu uğurla davam etdirməli və bu yöndə sıx birləşməliyik", - deyə deputat deyib.

Deputat Vüqar Bayramov isə Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra iqtisadi inkişafdan danışıb.

Milli Məclis sədrinin müavini Əli Əhmədov isə Azərbaycan Konstitusiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən parlaq nümünəsi kimi qiymətləndirib.

Hazırda çıxışlar davam edir.

Tarix
2025.05.08 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla