Yuxarı

“Azercell”in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi tərəfdaşı qismində çıxış edib. Qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı bu tədbir çərçivəsində “Azercell”in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Panel zamanı korporativ tərəfdaşlıqların sosial təsiri, gənclər arasında sağlam həyat tərzinin təşviqi və idman dəyərlərinin cəmiyyətə inteqrasiyası mövzularında müzakirələr aparılıb.

“Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərimin moderatorluğu ilə keçirilən paneldə “Azercell”in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış ediblər.

Sona Abbasova “Azercell”in Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığının dərin və mənalı bir missiyaya əsaslandığını bildirib.

O, bu əməkdaşlığın dürüstlük, tərəfdaşlıq və insanlara xidmət kimi ortaq dəyərlər üzərində qurulduğunu və məhz bu dəyərlərin “Qızlara ağ yaraşır” kimi yüksək ictimai təsirə malik sosial təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdığını qeyd edib. Sona Abbasova, həmçinin, Azercell-in dəyər əsaslı əməkdaşlıqlar vasitəsilə cəmiyyətə müsbət təsir göstərmək öhdəliyinin gələcəkdə də davam edəcəyini vurğulayıb.

Rəşad Rəsullu öz növbəsində “Azercell” ilə birgə reallaşdırılan daha bir sosial kampaniya olan “Söz verirəm” layihəsinin əhəmiyyətindən danışıb:

“Bu təşəbbüs cüdoya olan marağı artırmaq və sağlam həyat tərzini təbliğ etməklə yanaşı, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama mövzusuna toxunur. Layihə vasitəsilə bu problemə diqqət çəkmək istədik, çünki cüdonun təməlində dayanan hörmət, dürüstlük, əzm və dostluq kimi dəyərlər gənclərin formalaşmasında mühüm rol oynayır”.

Tanınmış rep ifaçısı Orxan Zeynallı isə çıxışında “Azercell” və Cüdo Federasiyanın əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Doğru yol budur” adlı daha bir kampaniya üçün bəstələyib ifa etdiyi əsərindən danışıb. İfaçı musiqinin gənclərə təsirini önə çəkərək, - “Bu layihədə ilk dəstəkçimiz musiqi oldu, çünki musiqi özünüifadə və sosial dəyişiklik üçün güclü vasitəsidir. Bu kampaniya vasitəsilə biz gəncləri zərərli vərdişlərdən uzaq durmağa və doğru seçimlər etməyə təşviq edirik”, - deyə bildirib.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Tarix
2025.05.08 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi

To Lamın Azərbaycana səfəri başa çatdı - Foto

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Bakı-Moskva aviareysləri təxirə salındı - Rəsmi

Hindlilər Azərbaycan üçün boykot çağırışı etdilər - Foto

Vaxtilə Heydər Əliyevə müxalif idik, sonra dərk etdik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla