Yuxarı

Azərbaycanda bu qadınlara hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu qadınlara hökm oxundu

Ölkəyə dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən "Duty free"nin satıcıları Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək hər 3 təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmalarını təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Kəmalə Məmmədova, Səbinə Əliyeva və Səbinə Nəsibova 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab olunub və hər birinə 2 il sınaq müddəti seçilib.

Qeyd edək ki, ittihama görə, hər üç şəxs dəyəri 100 min manatdan çox olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib.

Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyev adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalə Məmmədovanın özünə ötürmək istəyib.

Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərin barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlar Bakıda Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər. Hər üç şəxsə Cinayət Məcəlləsinin 32, (cəhd) 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Tarix
2025.05.13 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla