Yuxarı

“Ailə Park” direktorunun cinayət işi: Yekun qərar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ailə Park” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası zamanı aparılan söküntü işlərinə lazımi qaydada nəzarət edilməyib və müvafiq tapşırıqlar verilməyib.

Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və söküntülərin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərdə olan əmlaklar sökülüb və orada olan əşyalar məhv edilib.

Nəticədə vətəndaşlara ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.

İstintaq orqanı tərəfindən “Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.

Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən QSC-də direktor vəzifəsində işləyir: “Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbə tikililəri sökdükdən sonra orada təmizlik işləri aparmış, zibilləri yığıb kənara atmışıq. Yerində isəyüksəkmərtəbəli bina inşa eləmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında, Novruz bayramı bitdikdən sonra, yəni martın 22-dən başlayaraq ayın sonunadək tikinti aparılan Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarındakı binaları, tikililəri söküblər, təxminən 8-10 günə həmin ünvanda işlərini bitiriblər: “Bundan sonra orada təmizlik işləri aparmışıq, ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor kimi bütün işlərə o rəhbərlik edib.

Onun sözlərinə görə, cinayət işində adı keçən zərərçəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliliklə cədvəl üzrə aparılıb: “Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Mənzillərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm”.

Hüseyn Mədətov bildirib ki, zərərçəkmiş şəxsə məxsus ünvanda yerləşən qeyri-yaşayaş sahələrinin də saxlanılması öhdəliyindən xəbərsiz olub: “Çünki həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair də Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub”.

İş üzrə zərərçəkmiş Qiyas Ağayev bildirib ki, üç otaqlı mənzili 2021-ci ildə 120.000 manata alıb:

“Mənzili alandan orada əşyalar olsa da, mənzildə yaşamamışıq. Mən işimlə əlaqədar çox vaxt Türkiyədə oluram. Mənim razılığım olmadan mənzilimi söküblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də, razılıq olmayıb. Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 000 manat ziyan dəyib. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbim var”.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Zərərçəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər QSC-dən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Zərərçəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb.

Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin kassasiya şikayətləri də təmin olunmayıb.

Tarix
2025.05.15 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - Foto

Ərdoğanla Zelenskinin görüşü başa çatdı - Foto

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Zaxarovadan hərbçilərimizin paradda iştirakına münasibət

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Azərbaycanla qardaşlıq üçün çalışırıq - Pezeşkian

Prezident Edi Ramanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla