Yuxarı

“Şirvan Gənclər Evi” 20 min cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin təlimçi-tibb bacısı işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə şəhər məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə sosial xidmət müəssisəsi 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda sosial xidmət müəssisəsinin direktoru Əfqan Abbas oğlu Həsənov barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

Tarix
2025.05.15 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Zaxarovadan hərbçilərimizin paradda iştirakına münasibət

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Ərdoğanla Zelenskinin görüşü başladı - Foto

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Azərbaycanla qardaşlıq üçün çalışırıq - Pezeşkian

Prezident Edi Ramanı təbrik etdi

Gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla