Yuxarı

Bakıda məşhur gecə klubunda dava: 2 nəfər həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda gecə klubunda dava salan şəxslər həbs edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə “Ultra Klub”da baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əfqan, Kürdəmir rayon sakinləri – 1990-cı il təvəllüdlü Məmməd və 2001-ci il təvəllüdlü Səməd (adlar şərti verilib – red.) klubda hesabı ödəmək üstündə mübahisə yaradıblar.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

9-cu polis bölməsinə gətirilən gətirilən şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub.

İş üzrə izahat verən Əfqanın sözlərinə görə, bir neçə gün əvvəl toy məclisində marixuana çəkib: “Hadisə günü gecə Nizami küçəsində yerləşən “Ultra Klub”da hesab ödənilməsi zamanı anlaşılmazlıq oldu. Xırda mübahisə zamanı polis əməkdaşları yaxınlaşdı. Bizi polis bölməsinə apardı. Sonra müayinədən keçirildim”.

Digər iki şəxs də bir neçə gün əvvəl toy məclisində olduqlarını, onlar da həmin məclisdə narkotik qəbul etdiklərini deyiblər, əməllərindən peşman olduqlarını bildiriblər. Hadisənin hesab üstündə yaranan anlaşılmazılıq kimi qiymətləndiriblər.

Hər üç şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan və Məmməd 15 gün müddətinə inzibati qaydada həbs olunublar. Digər şəxs – Səməd isə 300 manat məbləğində cərimə olunub.

Tarix
2025.05.16 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla