Yuxarı

Ülviyyə onu evinin mətbəxində əməliyyat edib - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ülviyyə onu evinin mətbəxində əməliyyat edib - Nazir

Sara Qəhrəmanova adlı xanımın qızını plastik əməliyyat edən şəxs (Ülviyyə İlyasova nəzərdə tutulur - red.) onu öz evinin mətbəxində əməliyyat edib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev deyib.

“Məlum olduğu kimi, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Həmin komissiyaya Baş Prokurorluq, Elm və Təhsil Nazirliyi və DİN əməkdaşları daxildir. Həmin komissiyanın işi nəticəsində Azərbaycanın ərazisində plastik cərrahiyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Bu mövzuya bir də qayıtmaq istəmirəm.

Sara Qəhrəmanovanın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırlıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, - istər tibb, istər mühəndislik və s. - buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”, - deyə nazir bildirib.

Tarix
2025.05.16 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla