Yuxarı

“Azərişıq” KOBİA-nın sahibkarlarla görüşündə iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəranda “Sahibkarların dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması” mövzusunda görüş təşkil edib.

Axar.az xəbər verir ki, sahibkarlarla keçirilən görüşdə Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi, Azərbaycan Biznesinin İnkişaf Fondu, “ABAD” publik hüquqi şəxsi, Azərbaycan Standartlaşdırma İnstitutu, “Azəriqaz” İstehsalat Birliyi, “Marsol Group” şirkəti və bir sıra sahibkarlıq subyektləri ilə birgə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib.

“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov tədbir iştirakçıları ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarların aidiyyəti dövlət qurumları ilə əlaqələndirməsi, sahibkarlıq obyektlərində yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.

Qeyd edək ki, fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC regionlarda mütəmadi görüşlər təşkil edir, mövcud problemlərinin həlli istiqamətində işlər aparır.

Tarix
2025.05.16 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla