Yuxarı

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xətai rayon 17 nömrəli və Səbail rayon 6 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində və Xızı rayonu, Baxışlı kənd ümumi orta məktəbində,

Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonu, Canallı kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lerik şəhər V.Müslümov adına 2 nömrəli tam orta məktəbində və Astara Şəhər Bələdiyyəsində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu, Çarxı kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonu, Hacıqərvənd kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayonu, Aşağı Çardaxlar kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Müalicə və Sağlamlıq Mərkəzində və Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbə tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2025.05.17 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq

Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla