Yuxarı

Xəzər dənizinin suyu niyə azalır? - Ekoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər dənizinin suyu niyə azalır? - Ekoloq

83 il ərzində Xəzər dənizində su səviyyəsi iki dəfə enib, bir dəfə isə artıb. Bir dəfə su səviyyəsi bir metr yarım enib. Bir dəfə isə iki metr yarım artıb. Hazırda da bir metr yarım su səviyyəsi enib. Burada narahatlıq yaradacaq məsələ yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Telman Zeynalov Xəzər dənizində su səviyyəsinin enməsi ilə bağlı danışarkən deyib.

Telman Zeynalov bildirib ki, tək problem Xəzər dənizinin necə yarandığını bilməməyimizdir:

“Xəzər dənizi bir neçə milyon il öncə yaranıb və Qara dənizlə arasında əlaqə olub. Torpaqların qalxma və enməsi nəticəsində 20-30 metr fərq yarandığı üçün iki dəniz arasında olan əlaqə də kəsilib.

Bir müddət əvvəl Aral gölünün suyunun quruduğunu dedilər. Aral gölünün suyu Xəzər dənizinə enib. Heç kim bu barədə araşdırma etmir. Kimin ağlına nə gəlirsə, onu da danışır. Ancaq insanlara reallığı çatdırmaq lazımdır.

Nəzərinizə çatdırım ki, ötən il Azərbaycanda yağıntılar az, buxarlanma isə çox idi. Bu da su səviyyəsinə təsir göstərirdi. Ancaq bu il yağıntılar çox, buxarlaşma azdır. Bu isə su səviyyəsinin qalxacağını göstərir.

Bir daha deyirəm, Xəzər dənizində heç bir təhlükə yoxdur. Su səviyyəsi enib və bir müddət sonra da qalxacaq”.

Tarix
2025.05.31 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla