Yuxarı

Nazirliyin keçmiş əməkdaşı dostunun maşınını qarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin keçmiş əməkdaşı dostunun maşınını qarət etdi

Gədəbəydə Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı dostunun avtomobilini qarət edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan Nicat İsgəndərov üç uşaqla həyat yoldaşından boşanıb və ona aylıq aliment verməyə başlayıb.

Alimenti ödəyə bilməyən N.İsgəndərov bir müddət sonra işdən çıxıb və dostu Rəfailin avtomobilini idarə etməyə başlayıb. O, tez-tez Rəfailin "Hunday Santa Fe" markalı avtomobilini idarə edirmiş.

Rəfail bir neçə dəfə Nicatın yanında avtomobilin yük yerindəki çantadan pul götürüb.

Növbəti dəfə Nicat aliment ödəməyə pul tapmadığı üçün Rəfailin avtomobilini qarət etmək qərarına gəlib. Bu məqsədlə o, dostundan avtomobili istəyib və bir neçə yerə gedəcəyini bildirib.

Dostu isə Nicata inandığından ona "yox" deməyib.

Dostunun avtomobilini götürən Nicat şəhər mərkəzinə gələrək orada maşındakı çantanı açıb və həmin çantadan külli miqdarda pul və qızıl götürərək çantanı yerinə qoyub.

Səhəri gün Nicat maşını dostuna təhvil verəndə Rəfail maşına baxıb, pul və qızılların oğurlandığını görüb. O, bu barədə Nicata məlumat versə də, Nicat oğurluğu boynuna almayıb. Rəfail Nicatla birlikdə polisə gedib və ərizə yazıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Nicatın onun avtomobilindən oğurluq etdiyi məlum olub. Həmçinin araşdırmalarla Rəfailin avtomobildən 12 min manatlıq pul və qızıl əşyalar oğurlandığı məlum olub.

Nicat saxlanılıb, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Nicat İsgəndərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Tarix
2025.05.31 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla