Yuxarı

Meydan TV işi: Ülviyyə Əli ilə bağlı maraqlı detallar... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meydan TV işi: Ülviyyə Əli ilə bağlı maraqlı detallar... - Video

Meydan TV işi üzrə həbs edilən Ülviyyə Əlinin (Quliyeva) fəaliyyəti ilə bağlı maraqlı detallar ortaya çıxıb.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, araşdırma nəticəsində onun 2019-cu ildə rəsmi əməkdaşlıq etməklə ümumilikdə 1083 media materialı hazırladığı "Amerikanın səsi" media resursundan əlavə, bir sıra media qurumlarında və vətəndaş cəmiyyəti təsisatlarında da aktiv fəaliyyət göstərdiyi məlum olub.

Belə ki, Ülviyyə Əli Toplum TV, "Fakt yoxla", Demokratik Təşəbbüslər İnstitutu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, "Azadlıq" radiosu, Meydan TV və "Mikroskop media" ilə əməkdaşlıq edib.

Məlum olub ki, 2023-cü il 22 may - 4 iyun tarixlərində Berlin şəhərində Azərbaycandan və Ermənistandan olan feminist fəalların iştirakı ilə görüş keçirilib. Həmin görüşdə Ülviyyə Əli və bir sıra digər azərbaycanlı fəallar da iştirak ediblər. Onlar Ermənistan tərəfi ilə görüşlərini məxfi saxlayıblar.

Eyni zamanda onun "Amerikanın səsi" media resursunda fəaliyyətindən təkcə 2023-cü ilin fevral ayında 3 245 dollar vəsait əldə etdiyi üzə çıxıb. Ülviyyə Əli həmçinin Meydan TV-ni idarə edən Metyu Kasperlə müqavilə imzalayaraq əvvəlcə aylıq 550, sonra isə 600 avro müqabilində əməkdaşlıq edib. O, bununla da kifayətlənməyərək, Azərbaycanda jurnalist fəaliyyətinə mane törədilməsini bəhanə gətirib və "Civil Rights Defenders" təşkilatından psixoloji yardım üçün 2 028 avro qrant alıb, eləcə də əlavə maddi vəsait əldə etmək məqsədilə digər təşkilatlara müraciətlər edib.

Araşdırmada Ülviyyə Əlinin əcnəbi media qurumları və təşkilatlardan aldığı qrantlar, vəsaitlərini saxladığı xarici ölkələrdəki bank hesabları, o cümlədən Azərbaycan əleyhinə hazırladığı media materialları haqqında geniş məlumatlar əks olunub.

Ətraflı videosujetdən izləyə bilərsiniz:

Tarix
2025.05.31 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

Bayramov Vyanada "Tramp marşrutu"ndan danışdı

İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz

Mirzoyan Hakan Fidanla görüşdü

Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

Ermənistanın turizm sektoru rekorda yüksəldi - Bakıya görə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla