Yuxarı

Axar.Az Logo carnation

Bakıda sinaqoqda terrora hazırlaşan 18 yaşlı Abdulla…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sinaqoqda terrora hazırlaşan 18 yaşlı Abdulla…

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

İttihama görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Bakı Dağ Yəhudiləri Sinaqoquna qarşı terror aktı həyata keçirməyə planlaşdıran şəxs Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyevdir. O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb, “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

Daha sonra məhkəmdə təqsirləndirilən şəxsin diqqətinə çatdırılıb ki, ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, 10 ildən 20 il müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

Təqsirləndirilən şəxs Abdulla Əliyev ona qarşı sürülən ittihamlarla razılaşmayıb. O deyib ki, həmin an anlaqsız vəziyyətdə olub, özünü təqsirli bilmir.

Təqsirləndirilən şəxsin vəkili səhhəti ilə əlaqədar məhkəməyə uzun müddət iştirak edə bilməyəcəyi barədə müraciət edib.

Abdulla Əliyev vəkildən imtina edib və onun hüquqlarının müdafiəsinə yeni vəkil təyin edilib.

Vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə vəkilin vəsatətini təmin edib.

Proses iyulun 14-də davam edəcək.

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.

Tarix
2025.06.02 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı

İlham Əliyevin aldığı mükafat kimlərə verilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla