Yuxarı

XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirildi

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Keçirilən yarışda Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Qobustan rayonu Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin komandası I yerə, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 saylı tam orta məktəbinin komandası II yerə, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Tarix
2025.06.10 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla