
Türkiyədə kritik toplantı: İsrailin hücumları müzakirə olunur
18:38
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Keyr Starmerə başsağlığı məktubu göndərib.
Axar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air İndia” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Tarix
2025.06.12 / 18:02
|
Müəllif
Axar.az
|