Yuxarı

Azərbaycan İrandan təxliyəyə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İrandan təxliyəyə başladı

Azərbaycan İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Axar.az xəbər verir ki, İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsini vacib edib.

Əldə olunmuş məlumata əsasən, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Görülən müvafiq tədbirlər nəticəsində yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət nümayəndələri heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi obyektlərinə zərbələr endirir. İran hava məkanını tam bağlayıb.

Tarix
2025.06.13 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla