Yuxarı

İsrail İranı, görün, necə yuxuya verib - Gizli iclas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İranı, görün, necə yuxuya verib - Gizli iclas

İsrail İran ərazilərinə zərbələrə yaşıl işıq yandırmaq üçün dünən Təhlükəsizlik Kabinetinin iclasını çağırıb. Ancaq İranı duyuq salmamaq üçün guya Qəzzadakı girovların müzakirəsini aparmaq məqsədilə iclas çağırıldığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” mənbələrə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, nazirlərə əvvəlcədən məlumat verilib ki, gündəmdə Qəzzada saxlanılan israillilərin azad edilməsi ilə bağlı dalana dirənmiş danışıqlar olacaq.

“Məqsəd isə İranı yuxuya vermək olub”, - mənbə bildirib.

İclasda kabinet hərbi əməliyyatı yekdilliklə təsdiqləyib, hər bir nazir “Şomer Sod” sənədi kimi tanınan ciddi gizlilik sazişini imzalayıb.

Baş nazir Benyamin Netanyahu, strateji məsələlər üzrə nazir Ron Dermer, MOSSAD direktoru Devid Barnea və Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri də daxil olmaqla, yalnız bir neçə məmura planın tam mətnləri verilib.

Netanyahunun ofisindən yalançı siqnallar

Bu müddət ərzində İsrail baş nazirinin ofisi bir neçə yalançı siqnallar da yayıb.

Netanyahunun köməkçiləri jurnalistlərə açıqlamışdılar ki, baş nazir ailəvi məzuniyyətə çıxacaq və gələn həftənin çərşənbə axşamı oğlu Avnerin toyuna gedəcək. Bu məlumat ona görə açıqlanmışdı ki, guya heç bir hərbi əməliyyat planlaşdırılmır.

Vaşinqton tələsi

İsrail baş naziri bir müddət öncə Dermer və Barneanın cümə günü Omanda keçiriləcək danışıqlarla bağlı ABŞ nümayəndəsi Stiv Uitkoffla görüşmək üçün Vaşinqtona uçacağını açıqlamışdı. Lakin hər iki şəxs elə İsraildə qalmışdı.

Sızma strategiyası

Netanyahunun ofisi ilk dəfə olaraq baş nazirlə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlərin pis olması barədə yanlış informasiyalar yaydı. Bu da İranla ABŞ arasında diplomatik parçalanmanın baş verməsi görüntüsünü yaratdı və İranın döyüş hazırlığı səviyyəsini aşağı saldı.

Tarix
2025.06.13 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla