Yuxarı

Hərbi prokuror: “Xocalıya görə 39 nəfər istintaqa cəlb ediləcək”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi prokuror: “Xocalıya görə 39 nəfər istintaqa cəlb ediləcək”

"1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımla əlaqədar 39 nəfərin istintaqa cəlb olunmasına dair qərar qəbul olunub".

AzNews.az-ın məlumatına görə, bunu Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən tədbirdə Respublikanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, barəsində cinayət işi açılan yalnız ermənilər deyil, həmin dövrdə SSRİ-yə məxsus 366 alayının komandir və zabit heyəti də var: "İstintaq beynəlxalq qanunlara uyğun aparılır. Hərbi Prokurorluq 1988-ci ildən ermənilər tərəfindən Azərbaycana qarşı aparılmış işğalçı və soyğunçuluq, terorçuluq faktlarına dair də istintaq işləri aparır. Bura ermənilərin Xocalı, Meşəli, Qaradağlı və digər yaşayış məntəqələrində və müxtəlif yerlərdə həyata keçirdikləri terror hadisələri daxildir".

X. Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq 2 089 nəfərin bu hadisələrin törədilməsində iştirakını müəyyənləşdirilib. O, əlavə edib ki, Hərbi Prokurorluq hökumətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti zamanı dəyən ziyanın hesablanması üzrə Qiymətləndirmə Cəmiyyəti tərəfindən aparılan araşdırmadan sonra bir sıra istintaq tədbirləri də həyata keçirəcək.

Tarix
2014.02.24 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla