Yuxarı

Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur - Hacıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.

O, Azərbaycanın Orta Dəhlizlə bağlı baxışından və onu necə gördüyündən söz açaraq bildirib ki, hər şeydən əvvəl yol Azərbaycan üçün bir mədəniyyət və sivilizasiya anlamındadır:

“Azərbaycan tarixən qədim İpək Yolunda yerləşib və sivilizasiyaların dialoquna töhfə verib. İkinci komponent coğrafiyadır. Biz şərq-qərb və həmçinin şimal-cənub yollarının kəsişməsində yerləşirik. Lakin Azərbaycan müstəqillik əldə etdikdə başa düşdük ki, bu iki komponent vacib olsa da, kifayət deyil.

Biz coğrafiyamızı və tarixi təcrübəmizi yeni imkanlara çevirməli idik, həmçinin Azərbaycanın dünya okeanına çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq, bunu quru bağlantılarına çevirməyə çalışdıq. Bununla da Azərbaycanın əlaqələndirici xətlərinin qurulmasına və Şərq-Qərb dəhlizinin yaradılmasına başlanıldı”.

H.Hacıyev vurğulaytıb ki, Azərbaycan bu prosesə beş və ya altı mühüm parametrə əsaslanaraq başlayıb:

“Bu marşrut bizim üçün sadəcə, yükü A nöqtəsindən B nöqtəsinə çatdırmaq imkanı deyil. İlk olaraq biz enerji əlaqələndiriciliyinə və enerji dəhlizinin yaradılmasına başladıq. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa idi ki, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirdi.

İkinci komponent avtomobil yolları və quru marşrutlarıdır. Biz üzərimizə düşəni etdik - avtomobil yollarımızı və magistrallarımızı qurduq. Lakin bəllidir ki, avtomobil yolları ilə magistrallarının olması kifayət deyil - qonşu ölkələrlə də əlaqə qurulumalıdır.

Üçüncü komponent isə dəniz marşrutu haqqındadır. Bu yolla biz Xəzər dənizini Mərkəzi Asiyadakı tərəfdaşlarla birləşdirdik, Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor olduğunu önə çəkdik. Bunun nəticəsində biz əvvəl üç, indi isə dörd - Xəzər, Qara, Aralıq və Adriatik dənizləri ilə əlaqə qururuq”.

Tarix
2025.06.14 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...

Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto

İlham Əliyev Britaniya kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla