Yuxarı

Əcnəbilər İrandan Azərbaycana təxliyə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əcnəbilər İrandan Azərbaycana təxliyə olundu

2025.06.15. 22:03

Rusiya Federasiyasının İran İslam Respublikası ərazisində neft sektorunda çalışan əməkdaşları və onların ailə üzvlərindən ibarət böyük qrupu “Astara” dövlət sərhəd məntəqəsinə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Burada onların rahatlığı və səhhətində hər hansı problemi müşahidə olanlar üçün tibb heyəti hazır vəziyyətdə gözləyir.

Qeyd edək ki, iyunun 15-də Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin İrandan Azərbaycana təxliyəsi başa çatıb.

***

İranda yaranmış böhranlı vəziyyət səbəbindən bu ölkəni tərk etmək məcburiyyətində qalan əcnəbi vətəndaşların Azərbaycandan keçməklə öz ölkələrinə yola salınması prosesi davam edir.

Bildirilib ki, bir neçə gün ərzində təxliyə olunan Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası vətəndaşlarından sonra bu dəqiqələrdə Portuqaliya, Filippin, Finlandiya və digər ölkələrdən olan şəxslər də Astara dövlət sərhədindən buraxılış məntəqəsini keçib.

Qeyd edək ki, gömrük prosedurlarından sonra onlar avtobuslarla H.Əliyev hava limanına yola salınır.

Tarix
2025.06.16 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

İran Ermənistana qarşı hərəkətə keçdi

Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar

İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla