Yuxarı

Oğuz-Qəbələ-Bakı su kəmərində qəzanın səbəbi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuz-Qəbələ-Bakı su kəmərində qəzanın səbəbi...

Oğuz-Qəbələ-Bakı magistral su kəmərində baş verən qəzanın səbəbləri açıqlanıb.

Axar.az xəbər verir ki,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Report-a açıqlamada bu cür qəza hallarında təmir-bərpa prosesində əsas vaxtın texniki təmir işlərinə deyil, boru kəmərinin tam su ilə boşaldılması və sonradan təzyiqə uyğun şəkildə yenidən doldurulması mərhələlərinə sərf olunduğu bildirilib.

“Bu proseslərin hər biri təxminən 24 saatdan artıq vaxt aparır və ciddi nəzarət və təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Qəza zamanı bu kəmərlə qidalanan ünvanların su təchizatı gün ərzində alternativ mənbələr hesabına, fasilələrlə təmin olunur. Hazırda qəzanın aradan qaldırılması istiqamətində qəza briqadası tərəfindən operativ və mütəzəm işlər davam etdirilir”, - deyə məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, su kəməri şüşə lifli (GRP) borularla inşa olunub:

“Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər”.

Qurumdan bildirilib ki, əhalidə çaşqınlıq yaratmamaq məqsədilə suyun verilişində fasilə yaranan ərazilər konkret küçə adları ilə deyil, ümumi şəkildə qeyd olunur:

“Hazırda bəzi informasiya saytlarında fasilənin tətbiq olunduğu ərazilər qeyd edilsə də, faktiki olaraq həmin ərazilər qeyd olunanlarla məhdudlaşmır”.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq

Tarix
2025.06.17 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla