
Tramp İrana zərbə əmrinə hazırlaşır
21:42
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki. aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq sürücülərdən qeyd olunan hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Tarix
2025.06.17 / 17:33
|
Müəllif
Axar.az
|