Yuxarı

İsrail İranda eyni ssenarini tətbiq edir: Öncə hərbçilər, sonra…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İranda eyni ssenarini tətbiq edir: Öncə hərbçilər, sonra…

İranın öldürülən hərbi rəhbərliyinin yerinə gətirilənlər də İsrail tərəfindən sıradan çıxarılır. Dörd gün öncə “Xatəm əl-Ənbiya”nın Mərkəzi Qərargahının komandanı postuna təyin edilən Əli Şadmani öldürülüb. Şadmani öldürülən Qulam Əli Rəşidi əvəz edirdi və cəmi 4 gün postunda qala bildi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib.

O qeyd edib ki, İsrail bununla HƏMAS-a qarşı ssenarini İranda tətbiq edir, əvvəlcə qruplaşmanın hərbi rəhbərliyi aradan götürüldü, daha sonra siyasi rəhbərliyi:

“İranda eyni ssenari üzrə hərbi rəhbərliyin öldürülməsindən sonra onları əvəzləyənlər də aradan götürülür. Şadmani ilə yanaşı, SEPAH-ın yeni komandanı Məhəmməd Pakpuru və yeni Baş Qərargah rəisi Əbdülrəhim Musəvi də hədəfdir.

Bu prosesdə əsas müəmma İranın siyasi rəhbərliyinin, xüsusilə Xameneiyə sui-qəsd ssenarinin reallaşması ətrafındadır. İsrailin İranda rejimi dəyişdirmək planı yalnız bu halda – siyasi rəhbərliyin sıradan çıxarılmasından sonra mümkün ola bilər, hərçənd, hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. ABŞ bu ssenarini qəbul etməsə də, İsrail Xamenei də daxil olmaqla, İran rejiminin siyasi rəhbərliyinin aradan götürülməsi variantından imtina etməyib”.

Tarix
2025.06.17 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

İlham Əliyev Tiflisdə xatirə kitabına nələr yazıb? - Video

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla