Yuxarı

FHN əməkdaşı növbəti dəfə qızıl medal qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN əməkdaşı növbəti dəfə qızıl medal qazandı

15 iyun 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub.

Axar.az xəbər verir ki, “Dreamland Golf” meydançasında keçirilmiş yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Yarışlarda dövlət qurumlarından 23 əməkdaş mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışlarda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı Aysel Kazımova qadınlar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Qalibə Gənclər və İdman Nazirliyinin diplomu və qızıl medal təqdim edilib.

Qeyd edək ki, Aysel Kazımova ötən il də dövlət qurumlarının əməkdaşları arasında keçirilən qolf yarışında birinci yerə layiq görülüb.

Tarix
2025.06.17 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla