Yuxarı

Ziyarətə gedən yeniyetmə itkin düşdü - Siyəzəndə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziyarətə gedən yeniyetmə itkin düşdü - Siyəzəndə

Siyəzən rayon sakini müəmmalı şəkildə itkin düşüb. Hadisə rayonun Qərəh kəndində baş verib.

İtkin düşən Natiq Etibar oğlu Şıxəliyevin qohumu Fəxriyyə Məmmədovanın ANS-ə verdiyi məlumata görə, o, evdən ziyarətə getmək adı ilə çıxıb.

"O, evdən çıxarkən validenlərinə kəndin yaxınlığında yerləşən ziyarətgaha getdiyini deyib. Natiq ev paltarında olub. Validenləri onu axşama qədər gözləyiblər. Amma Natiq geri qayıtmayıb. Biz onu axtarmaq üçün ziyyarətgahın yerləşdiyi əraziyə getdik. Amma onu tapa bilmədik", - deyə qohumu bildirib.

Fəxriyyə Məmmədova deyib ki, hadisə ilə bağlı rayon polis şöbəsinə də müraciət ediblər: "İdarədən axtarışların davam etdiyini, amma hələ heç bir nəticənin olmadığını dedilər".

Onun qohumu Natiqin itkin düşməsi ilə bağlı bəzi ehtimallar da səsləndirib. O bildirib ki, Natiqin qonşu kəndlərdən birindən qız istədiyi barədə söz-söhbət gəzirdi. "Bizdə olan məlumata görə, kəndin oğlanları onu bir neçə dəfə hədələyiblər. Amma kənddə nə onun istədiyi qızı, nə də Natiqi tanıyan var. Artıq 5 gündür valideyinlərin gözü yolda qalıb", - deyə Fəxriyyə Məmmədova bildirib.

Tarix
2016.06.21 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla