Yuxarı

Barselonada Azərbaycanla bağlı fotosərgi maraqla qarşılandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barselonada Azərbaycanla bağlı fotosərgi maraqla qarşılandı

Barselonanın tarixi “Palau Dalmases” sarayında “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb.

Sərgi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti (ASB) və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində Barselonanın mədəniyyət qurumlarının nümayəndələri, fotoqraflar, dizaynerlər, sənətçilər, musiqiçilər və yerli sakinlər iştirak ediblər.

Sərginin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, dini və etnik müxtəlifliyini sənət vasitəsilə beynəlxalq ictimaiyyətə tanıtmaqdır.

Gənc və istedadlı fotoqraf Etibar Cəfərovun obyektivindən təqdim edilən Azərbaycan mənzərələri və insanları ölkənin multikultural dəyərlərini əks etdirərək sərginin əsas mövzusuna işıq tutub. Sərgi çərçivəsində fotoqraf Etibar Cəfərov müəllifi olduğu “Land of Multiculturalism” adlı kitabı Barselona Kitab Evinə hədiyyə edib.

Sərgidə siyasi elmlər doktoru, Alman Jurnalistlər Assosiasiyasının (DVPJ) üzvü Dimitris Kazarnovskisin “Azərbaycanda multikulturalizm” mövzusunda məruzəsi dinlənilib.

Tarix
2025.06.18 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...

Azərbaycan, Gürcüstan və Türkiyə araşdırma qrupu yaratdı

Bəzi məmurlar ciblərini güdür

Prezidentdən başçılara: Sizdən tələbim budur, əks təqdirdə...

Mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək!

Prezident yeni nümayəndəsini və başçıları qəbul etdi

Təyyarə qəzası: həlak olan hərbçilərdən 19-nun nəşi tapıldı

Prezident Lü Cünü qəbul etdi

Azərbaycanın bu silahı İranı qorxutdu

AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla