Yuxarı

“Bakcell” 4-cü YAŞAT düşərgəsinin tərəfdaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə şəhid övladları üçün 4-cü YAŞAT yay düşərgəsi təşkil olunub. YAŞAT Fondunun təşkilatçılığı ilə keçirilən layihə ümumilikdə 500-dən çox şəhid övladını əhatə edir.

Düşərgədə “Bakcell” tərəfindən Azərbaycanın milli qüruru olan şəhid övladlarına “İnnovasiya və süni intellekt” mövzusunda təlim keçirilib. Təlimin məqsədi uşaqlara süni intellektin gündəlik həyatda necə tətbiq olunduğunu göstərmək və onları texnoloji yeniliklərlə tanış etmək olub. Tədbir zamanı praktiki nümunələr, öyrədici oyunlar vasitəsilə iştirakçılara süni intellektin iş prinsipi sadə və maraqlı şəkildə izah olunub. İnteraktiv formada təşkil olunan təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Bu təşəbbüs “Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir. Şirkət gələcək nəsillərin inkişafı üçün sosial layihələr həyata keçirməyə davam edir və bu sahədə fəaliyyətini uğurla genişləndirir.

"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell” YAŞAT Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və YAŞAT Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2025.06.19 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla