Yuxarı

Qəza: Gəldiyi sürətlə qırmızı işıqdan keçdi… - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, gəldiyi sürətlə svetoforun qırmızı işığında yolu keçən minik avtomobili hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılaraq, qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub. Digər piyada isə qəzadan son anda xilas ola bilib:

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dəfələrlə svetoforun qadağanedici işarəsinə əməl etməməyin nə qədər təhlükəli olduğunu əks etdirən hadisələrin videogörüntülərini yol hərəkəti iştirakçılarının diqqətinə çatdırıb. Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.

Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, svetoforun qırmızı işığında dayanmaq - yalnız qanuni tələb yox, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntusu piyada və digər sürücülərin həyatına son qoyur və ya onların xəsarət almaları ilə nəticələnir”.

Tarix
2025.06.19 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğan görüşdü - Foto

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Əliyev Türkiyəyə getdi, Ərdoğan qarşıladı - Foto

İran savaşı dönüş nöqtəsinə çatdı

Bakı anlayır: Bu halda çox pis olacaq - Solonnikov

Bunu Azərbaycan ərazisi ilə edirik - Boqdanov

Türkiyə Əliyevin səfərinə belə hazırlaşır - Video

Azərbaycan ərazilərində mina basdırılması... - Manukyan

Əməkdaşlarımızı çıxardıq, Azərbaycana təşəkkür edirik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla