Yuxarı

Netanyahunun İran çağırışı Azərbaycanı narahat etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahunun İran çağırışı Azərbaycanı narahat etdi

Yerli media az öncə Azərbaycanın İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrailə yenidən müraciət etdiyi haqda məlumat yayıb.

Axar.az xəbər verir ki, Azərbaycanın ilk müraciəti haqda məlumat 17 iyunda yayılmışdı və bu müraciətdən sonra İsrail ordusunun zərbə endirdiyi ərazilərlə bağlı yaydığı məlumatda rəsmi Bakının narahatlığına həssas yanaşdığını müşahidə etmək olardı.

Bəs, necə oldu ki, Azərbaycan növbəti dəfə müraciət etməyi zəruri hesab edib?

İran bu gün səhər saatlarından İsrailə ballistik raketlərlə ağır zərbələr endirib. Raketlərdən bir neçəsinin Beer-Şeva şəhərindəki xəstəxanaya düşdüyü bildirilir. Həmçinin 130 min əhalinin yaşadığı Bat-Yam şəhərinin darmadağın edildiyi görüntüsü yayılıb.

Bunun ardınca İsrail Baş naziri Benyamin Netanyahu “İran hakimiyyətindən tam bədəl tələb edəcəklərini”, müdafiə naziri İsrail Katz isə hökumət binalarını vuracaqlarını elan edib.

Görünür, İsrailin “adekvat qisas almaq” ehtimalı Azərbaycanı narahat edib.

Tarix
2025.06.19 / 14:05
Müəllif
Əlirza Zamani
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla