Yuxarı

"Azercell" iki nəsli bir araya gətirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell Könüllüləri” sosial məsuliyyət fəaliyyətini davam etdirərək xüsusi diqqət və qayğıya ehtiyacı olan ahıl və uşaqları bir araya gətirən tədbir təşkil edib.

“Azercell”in təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin uşaqları, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.

Bu təşəbbüsə “Aztelekom” MMC-nin əməkdaşları və “Enteskedu” Rəqəmsal Bacarıqlar Mərkəzi də qoşularaq tədbirin sosial təsir dairəsini daha da genişləndiriblər.

Ümumilikdə 100-dən çox böyük və gənc nəslin nümayəndələrini bir araya gətirən bu təşəbbüsün əsas məqsədi nəsillərarası ünsiyyəti gücləndirmək və qarşılıqlı sosial inteqrasiyanı təşviq etmək olub.

Tədbir çərçivəsində iştirakçılar üçün əyləncə proqramı, yaradıcı fəaliyyətlər və musiqili çıxışlar təşkil olunub.

Qeyd edək ki, “Azercell Könüllüləri” 2004-cü ildən etibarən müxtəlif xeyriyyə layihələrində fəal iştirak edir. Təşkilat qayğıya ehtiyacı olan sosial qruplara davamlı dəstək göstərməklə sosial məsuliyyət mədəniyyətinin inkişafına və dayanıqlı ictimai təsirin formalaşmasına töhfə verir.

Tarix
2025.06.19 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi ən yüksək zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

Azərbaycan hər zaman Türkiyənin yanında olub...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Yerliqayadan “Azərbaycan məhəlləsi” ilə bağlı açıqlama

İlham Əliyevlə Ərdoğan görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla