Yuxarı

Nəcməddin Sadıqov məhkəməyə çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib.

Vəkil əvvəlcə Zahid Niftəliyevin mobil telefon məlumatlarının əldə olunması barədə mobil operatorlardan birinə sorğu göndərilməsini istəyib. Vəkil qeyd edib ki, Zahid Niftəliyev kredit əldə etmək üçün nə müraciət etdiyini, nə də "Ata bank"da olduğunu deyir: "Biz onun mobil telefonunun anten məlumatlarının, telefon danışıqlarının əldə olunmasını istəyirik. Səbəb isə odur ki, müəyyən edək o, banka gedib ya yox".

Vəsatətə münasibət bildirən hakimlər heyəti qərarı elan edib. Qərara görə, vəsatət təmin edilməyib.

Daha sonra vəkil Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, ləğv edilmiş "Ata Bank"ın idarə heyətinin keçmiş sədri Dəyanət Quliyevin və həmin bankın kassiri Barat Hüseynovun məhkəməyə çağırılması barədə vəsatət verib.

Bu vəsatətlər də təmin edilməyib.

Bundan sonra vəkil bildirib ki, Zahid Niftəliyev Birinci Qarabağ müharibəsində iştirak edib və ona 2-ci dərəcəli əlillik təyin edilib. O, məhkəmə qərar qəbul etdiyi zaman bu məsələlərin nəzərə alınmasını xahiş edib. Məhkəmə bu vəsatəti təmin edib.

Daha sonra Mahir Rəfiyevin ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. O, bildirib ki, "Ata Bank"ın səhmdarlarından biri olub. Onun ifadəsinə görə, keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə "Ata Bank"dan Nəcməddin Sadıqovun göndərdiyi şəxsə kreditin təyin olunmasını təmin edib. O, ifadəsində bildirib ki, Nəcməddin Sadıqovun göndərdiyi "Şahin-CO" MMC-nin təsisçisi olduğunu bildiyi Zahid Niftəliyevə krediti təyin edib.

Daha sonra Mahir Rəfiyevin ifadəsinə münasibət bildirən Zahid Niftəliyev bildirib ki, o iki dəfə şirkətin ləğv olunması ilə bağlı olduğu deyilən sənədləri imzalayıb: "İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var".

Növbəti proses iyunun 25-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Tarix
2025.06.19 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla