Yuxarı

Yerliqayadan “Azərbaycan məhəlləsi” ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir az sonra Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və can Azərbaycanımızın Prezidenti İlham Əliyevin iştirakı ilə burada “Azərbaycan məhəlləsi”ndə 250 mininci evin açarının təslimini həyata keçirəcəyik.

Axar.az xəbər verir ki, bunu Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin açılış mərasimində Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.

O bildirib ki, millətləri millət edən ən böyük şey kədərli və sevincli günlərdə bir olmaqdır:

“Xatirəmizdən də, ürəyimizdən də silə bilmədiyimiz 6 fevralda ən böyük zəlzələlərdən biri yaşandı. Övladlarımızla, sevdiklərimizlə sınandıq. Geridə qalanların əmanətlərinə sahib çıxdıq. Dünyanın ən böyük sağlamlaşdırma prosesini gerçəkləşdirdik. Zəlzələdən zərərçəkən vətəndaşlarımızın böyük əksəriyyəti öz evlərinə qovuşur. Bu gün can Azərbaycanın inşa etdiyi 1213 ev, 1782 iş yeri və 1 məktəbin açılışını həyata keçirəcəyik. Bu tikililərin hər birində can Azərbaycanla qardaşlığın rəmzi, istiliyi var”.

Ə.Yerliqaya vurğulayıb ki, iki vətən, tək can olan qardaşlığın möhürü “Azərbaycan məhəlləsi"dir:

“Bizim üçün Qarabağ nədirsə, Azərbaycan üçün Qəhrəmanmaraş odur. Acımız, sevincimiz birdir”.

Tarix
2025.06.19 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla