Yuxarı

73 il sonra Rusiyada ən güclü zəlzələ: Qafqaza da təsir edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
73 il sonra Rusiyada ən güclü zəlzələ: Qafqaza da təsir edəcək?

Kamçatkada baş vermiş zəlzələnin Rusiyanın digər bölgələrinə təsiri olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya fakültəsinin böyük elmi işçisi İlya Bolşakov bildirib.

"Kamçatka və Kuril adaları Rusiyanın Sakit okean odlu halqasına daxil olan hissəsidir. Bu, okean plitəsinin materik plitəsinin altına girdiyi subduksiya zonasına aiddir. Kamçatkada baş verən zəlzələnin Rusiyanın digər bölgələrinə, o cümlədən Şimali Qafqaz və cənub bölgələrinə heç bir təsiri olmayacaq. Çünki bu bölgələr bir-birindən çox uzaqda yerləşir və onların tektonik vəziyyətləri də əhəmiyyətli dərəcədə fərqlənir. Bu halda birinin digərinə təsir göstərməsi mümkün deyil", – Bolşakov vurğulayıb.

O xatırladıb ki, yarımadadakı yeraltı təkan 1952-ci ildə baş vermiş və fəlakətli Şimali Kuril sunamisini törətmiş zəlzələdən sonra ən güclüsüdür.

Qeyd edək ki, ötən gün Kamçatkada 8,7 bal gücündə zəlzələ olub.

Tarix
2025.07.31 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla