Yuxarı

Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel hazırkı ABŞ Prezidenti Donald Trampın Rusiya ilə əlaqələri ilə bağlı başladılmış istintaqla əlaqədar gizli sənədlər aşkarlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus Digital” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, sənədlər büro daxilindəki gizli otaqda “yandırılacaq torbalarda” gizlədilmişdi.

Mənbələr qeyd ediblər ki, bu cür “torbalar” üzərində “məxfi” və ya daha yüksək qrif olan sənədlərin məhv edilməsi üçün istifadə olunur. Həmin otaqda minlərlə sənədin olduğu bir neçə belə torba aşkarlanıb.

Məqalədə vurğulanır ki, FTB əməkdaşlarının yandırılacaq torbada tapdığı sənədlərdən biri keçmiş xüsusi prokuror Con Daramın yekun hesabatına əlavə edilmiş və onun tərəfindən nəzərdən keçirilmiş məlumatları əhatə edən məxfi əlavəyə aid olub.

Məxfi əlavənin məxfiliyinin aradan qaldırılması prosesi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif, Kaş Patel, Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard, baş prokuror Pam Bondi və Milli Təhlükəsizlik Agentliyinin direktor vəzifəsini icra edən Uilyam Hartman arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Məqaləyə görə, bu məxfi əlavənin Senatın Ədliyyə Komitəsinin sədri Çak Qrassliyə təqdim olunacağı və nəhayət ictimaiyyətə açıqlanacağı gözlənilir.

Tarix
2025.07.31 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla