Yuxarı

Hafka villalarını satdı: Kirayədə qalır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hafka" ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, iş adamının "Milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində 9 ədəd villası olub.

Hafka villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı mülklərin bir hissəsini "Putin İlham" kimi tanınan biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb.

Hazırda Hafiz Məmmədovun "Milyonçular məhəlləsi"ndə demək olar ki, qalmağa yeri yoxdur.

Məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır.

Onun İngiltərənin London şəhərində yerləşən mülkü də ailəsinin əlindən çıxıb.

Qeyd edək ki, Hafiz Məmmədov "Baghlan Group" şirkətinin və "Bakı" Futbol Klubunun prezidenti, eləcə də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri olub.

Tarix
2025.06.19 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi ən yüksək zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

Azərbaycan hər zaman Türkiyənin yanında olub...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Yerliqayadan “Azərbaycan məhəlləsi” ilə bağlı açıqlama

İlham Əliyevlə Ərdoğan görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla